190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O qeyd edib ki, artıq narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq. Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq. Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın olmaması ilə bağlıdır”.