Serbiyanın paytaxtı Belqradda koronavirusun yenidən yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə şəhərin meri Zoran Radoyiçiç bildirib.

Qeyd olunur ki, Serbiyada son sutka ərzində yoluxma sayı kəskin artıb. Bütün ölkədə 359 yeni yoluxma qeydə alınıb.

Serbiyada yoluxmanın 82,5 faizi paytaxtı Belqradın payına düşür.

Bu günədək Serbiyada 15 mindən çox şəxs koronavirusa yoluxub, 287 nəfər ölüb.