Bildiyimiz kimi Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. 

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib ki, həmin videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edib və çıxışlar ediblər.  

“Bu Azərbaycanın nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verdiyinin əsas göstəricisidir. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Bundan əlavə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir. Təbii ki bundan sonrakı proseslər təbii ki, BMT-nin daxili nizamnaməsinə uyğun həyata keçirdəcəkdir. Ən maraqlı məqamlardan biri də bundan ibarətdir ki, 120 ölkə bu gün  ölkə prezidentinin təşəbbüsünü yüksək qiymətləndirib dəstəkləyirsə bu Azərbaycana olan etimaddır, bu prezidentimizə olan şəxsi etimadı kimi qiymətləndirmək olar. Təbii ki, bir məqamı da diqqətə gətirək ki, növbəti dəfə yenə Ermənistan öz təxribatından, faşizm siyasətindən əl çəkməyərək bu təşəbbüsün əleyhinə çıxıb. Bu da birbaşa onu sübut edir ki, onlar ümumdünya bəla olan bu bəladan qorunmaq üçün heç bir umumi dəstəkdə çıxış etmək istəmirlər”.

Dürrə Həsənova