Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda partlayış baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində iki işçi xəsarət alıb.
Qeyd olunur ki, partlayış zamanı zavodda 100-dən çox işçi olub. Onlar təxliyə ediliblər.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.