Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin rəhbəri Cef Bezosun sərvəti təqribən 172 milyard dollara çatıb.
Unikal.org xəbər verir ki, Cef Bezos, “Amazon” şirkətinin 12 faiz hissəsinə sahibdir. “Amazon” səhmləri, koronavirus epidemiyasında onlayn alış-verişin artması ilə 56 faiz qazandığını bildiriblər.
Belə ki, işçilərin iş təhlükəsizliyi və ödənişləri ilə bağlı tənqidlərlə üzləşən “Amazon”, bu həftə anbarlarında işləyən işçilərinə yarım milyard dollarlıq bonus paylayacağını da açıqlayıb.