İsrail yeni növ koronavirus (COVİD-19) epidemiyasının ikinci dalğasına qədəm qoyub.

Unikal.org xarici KİV-ə  istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Yuliy Edelşteyn bildirib.

Onun sözlərinə görə, nazirlik bununla bağlı hakimiyyətə bir sıra tövsiyələr təklif edib. Tövsiyələrdən biri dini bayramlar və tədbirlərdə, eləcə də adi ictimai tədbirlərdə iştakına icazə verilən şəxslərin sayının azaldılmasıdır.

Bundan əlavə nazir qeyd edib ki, işçilər məsafədən işləməlidir, imtahanlar və universitetdəki dərslər onlayn formada keçirilməlidir: "Əlbəttə ki, bunlar ən xoş tövsiyələr deyil, lakin bu mərhələdə ümumi karantinin tətbiq edilməməsi üçün zəruridir".

Onun sözlərinə görə, ölkə əhalisi məhdudiyyətlər yumşaldıldıqdan sonra təhlükəsizlik tövsiyələrinə əməl etməyib: bir çoxları karantini gülməli hesab edib və koronavirus infeksiyası təhlükəsinə inanmayıb.