İndoneziyada koronavirusa qarşı peyvəndin hazırlanmasına başlanılıb.
Unikal.org “The Jakarta Post”a istinadla xəbər verir ki, bu barədə ölkənin Tədqiqat və Texnologiya Nazirliyi yanında İnkişaf qrupunun rəhbəri Əli Qufron Mukti xəbər verib.
Onun sözlərinə görə, bu addım inkişaf etməkdə olan ölkələr üçün dərmanın əlçatanlığı ilə bağlı yaranan narahatlıqlar üzündən atılıb.
“Qlobal tədarük zəncirlərində problem yarana biləcəyini nəzərə almaq lazımdır”, - deyə, Mukti bildirib.
Peyvəndin hazırlıqlarının 2021-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sınaqlar isə 2021-ci ilin ikinci yarısında başlayacaq.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu gün dünyada COVID-19 infeksiyasına qarşı 141 vaksinin hazırlandığını deyib.