Ermənistanda koronavirusa yoluxanların sayı 27 900 nəfərə çatıb.

Unikal.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 580 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 477 nəfər koronavirusdan ölüb, 11 488 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.