Stanford Universitetinin alimləri orqanizmə yeridildikdən dərhal sonra işə başlayan yeni insulin formulunu hazırlayırlar. Bu preparatın cari dərmanlardan dörd dəfə sürətlə təsir göstərəcəyi bildirilir.
Unikal.org “Medical Express”ə istinadən xəbər verir ki, insulinin yüksək təsir sürəti ilə fərqlənən monomeri mövcuddur. Lakin o, praktikada istifadə üçün olduqca qeyri-stabildir.
Onu stabilləşdirmək üçün alimlər polimerlər əlavə ediblər. Təcrübələr göstərib ki, polimerlərdən biri monomer insulini stress şəraitində sutkadan artıq stabilləşdirə bilər.
Müqayisə üçün bildirək ki, hazırda satışda olan sürətlə təsir göstərən insulin eyni şəraitdə 6-9 saat müddətində stabil qalır. O, bir qayda olaraq monomer, dimer və heksamerlər qarışığından ibarətdir.
Yeni insulinin yüksəksürətli təsiri artıq donuzlar üzərində sınaqdan çıxarılıb. Təcrübənin yaxın zamanlarda insanlar üzərində aparılacağı gözlənilir.