“COVID-19”a yoluxan bəzi insanlarda hətta sağaldıqdan bir neçə ay sonra da simptomlar qalır.
Unikal.org-un xəbərinə görə, bu barədə RBK-ya Harvard Universitetinin professoru Tobias Kurt bildirib.
“Sağaldıqdan sonra bəzi pasiyentlərdə heç bir simpom müşahidə olunmasa da, bəziləri əsasən ağciyərlərdə olmaqla, problemlər yaşayır. Bəzi gənclər hətta bir neçə aydan sonra da idmanla məşğul ola bilmirlər”, - deyə alim bildirib.
Kurt qeyd edib ki, virus hələ kifayət qədər öyrənilmədiyi üçün, alimlər onunla bağlı problemlərin xroniki olacağını, yaxud da zamanla yoxa çıxacaını dəqiq deyə bilmirlər.