Polis əməkdaşları Türkiyənin şimal-qərbindəki fişəng fabrikində baş vermiş partlayışla bağlı iş üzrə üç şübhəli şəxsi saxlayıb.
Bu barədə Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə ilə əlaqədar müəssisənin rəhbəri və daha iki nəfər saxlanılıb. Hazırda onlar müstəntiqlərə ifadə verirlər.
Qeyd edək ki, Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş vermiş partlayış nəticəsində bir neçə nəfər ölüb, 110-dan çox insan xəsarət alıb.