Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.
Unikal.org xəbər verir ki. bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 48 248 şübhəli koronavirus testindən keçib, onlardan 1154-nün cavabı pozitiv çıxıb.
Bu gün daha 1214 xəstə sağalıb.
Türkiyədə indiyədək 204 610 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5206 nəfər ölüb
Nazir bildirib ki, yeni növ koronavirus infeksiyasından sağalan xəstə sayı 180 minə yaxınlaşıb. 179 492 nəfər müalicə olunaraq evə buraxılıb.