Qana prezidenti Akuffo-Addo yaxın ətraflarından birində koronavirus aşkar edildikdən sonra özünü karantinə alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Qana İnformasiya Naziri Kojo Oppong Nkrumah, bu gün Prezident Nana Akuffo-Addonun ətrafındakı insanlardan birində “COVID-19” infeksiyaya yoluxması səbəbiylə karantində olduğunu bildirib. 

“Prezident Akuffo-Addonun “COVID-19” sınağı mənfi oldu, ancaq antivirus tədbirləri çərçivəsində bu gündən etibarən 14 gün müddətində karantinə alındı” - deyə nazir bildirib.  

Nazir Nkrumah, bu müddət ərzində Akuffo-Addonun evindən işləyəcəyini söyləyib .

Qeyd edək ki, bu günə qədər Qanada 19 388 nəfər koronavirusa yoluxub,  117 nəfər isə virusun qurbanı olub.