Türkiyənin Bəylikdüzü ərazində bədbəxt hadisə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nəzarətsiz qalan 4 yaşlı uşaq eyvanda oynayarkən 12-ci mərtəbədən yıxılıb. Yerindəcə həyatını itirən azyaşlının əkiz qardaşı da keçən il bu səbəbdən öldüyü məlum olub.
Hadisə anı ətrafdakı insanlar tərəfindən kameralara əks olunub. Polis azyaşlının ölümü ilə bağlı istintaq başladıb.