Polşada kiçik mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.
Unikal.org terazkrosno.pl portalına istinadən xəbər verir ki, Polşanın Krosno şəhərində idman təyyarəsi yerə çırpılıb.
Məlumata görə, ölən yoxdur. Sadəcə, parklama vəziyyətində olan minik maşını əzilib.
Təyyarədə yalnız pilot olub. Sayt bildirir ki, 69 yaşlı pilot sərbəst şəkildə təyyarəni tərk edib.
Qəza ilə bağlı araşdırma aparılır.