Türkiyənin Malatya ərazisində qəribə hadisə baş verib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, fermer bağında gəzərkən qəribə bir hadisə ilə qarşılaşıb. Belə ki, uzun illərdir bəslədiyi ərik ağacının meyvəsində ərəbcə “Allah” sözünün yazıldığını görüb.
İlk dəfə bu cür hadisə ilə qarşılaşdığını deyən fermer əriyin fotosunu paylaşaraq hər kəsin görməsini istəyib.