Sakit okeanda, Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avroa-Aralıq dənizi Seymoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Port-Olri yaşayış məntəqəsindən 42 kilometr şərqdə, ocağı isə 123 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.