Rusiyada Azərbaycan vətəndaşı hakim qarşısına çıxarılıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Dağıstan Respublikasının Prokurorluğu məlumat yayıb. Bildirilib ki, azərbaycanlı 2019-cu ilin sonlarında qanunsuz yolla Dağıstan ərazisinə 24 kiloqram kürü keçirmək istəyərkən saxlanılıb.
“Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində baxış zamanı ələ keçirilən malın dəyəri iki milyon rubldur.
Məhkəmənin qərarı ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.