Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.
Unikal.org xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.
Vida mərasimdən sonra X.Daşdəmirovun cənazəsi qəbiristanlığa aparılıb. Kənd sakinləri şəhidin cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.
Dəfn mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.