ATƏT kimə lazımdır?
13:11 07-12-2012
İQTİSADİYYAT
ATƏT kimə lazımdır?
Putinin narazılığına dəstək verilməməlidir
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ problemi barədə danışaraq bildirib ki, Ermənistan xarici havadarları sayəsində Azərbaycanın ərazilərini işğal edib: "Təəssüf ki, beynəlxalq birliyin işğala göz yumması, ATƏT-in hadisələrə ikili standartlarla yanaşmasının nəticəsidir ki, işğalçı ilə işğaldan əziyyət çəkənə eyni münasibət göstərilir".
Çox maraqlıdır ki, ATƏT-in fəaliyyəti tək Azərbaycanı yox, artıq keçmiş sovetlər birliyində olan dövlətlərin hər birini qane etmir. Xələf Xələfovdan fərqli olaraq bunu Rusiya prezidenti daha sərt şəkildə gündəmə gətirdi. Belə ki, Rusiya prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB dövlət başçılarının sammitində ATƏT-i "ayrı-ayrı ölkələrin marağına" xidmət etməkdə günahlandırıb və MDB ölkələrini bu qurumun fəaliyyətində koordinasiyalı fəaliyyətə çağırıb.
Putin ATƏT-in hazırki fəaliyyətinin ürəkaçan olmadığını vurğulayıb.
"ATƏT-in hazırki vəziyyəti heç bir nikbinlik vəd etmir. ATƏT ayrı-ayrı ölkələrin maraqlarına xidmət etmək yolundan imtina etməlidir. Qurum bütün diqqətini birləşdirici gündəmin formalaşmasına yönəltməlidir"-deyə Putin bildirb.
Daha sonra Putin MDB ölkələri arasında iqtisadi əməkdaşlıq fəaliyyətinin prioritet olduğunu deyib. O iqtisadi böhranla mübarizə üçün MDB çərçivəsində Azad Ticarət Zonası haqqında müqavilənin imzalanmasının vacib olduğunu bildirib.
"MDB ölkələrinin böyük əksəriyyəti artıq müqaviləni imzalayıblar və ratifikasiya ediblər. Biz ümid edirik ki, son qərar qəbul etməmiş ölkələr yaxın gələcəkdə bu müqaviləyə qoşulacaqlar. Sənəd ilin sonuna qədər MDB ölkələri tərəfindən ratifikasiya olunacaq".
Putin müqaviləni imzalamağa hazır olan iki dövlətin - Qırğızıstanın və Taciksitanın adını çəkib.
Sammit çərçivəsində imzalanacaq MDB ölkələrinin valyutalarının inteqrasiyasına dair sazişi yüksək qiymətləndirən Putin bildirib ki, bu addım Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına imkan verəcək.
"Biz bu qurumlara daxil olmaq arzusunu dilə gətirən və bu birliklərə inteqrasiya edən ölkələri alqışlayırıq. Təkrar edirəm: arzu edən və hazır olanları. Bu proses qarşılıqlıdır".
Putin həmçinin qeyd edib ki, hərbi sahədə əməkdaşlığa mühüm önəm verir. "Bu və dediyim digər istiqamətlər MDB-nin statusunun yüksəlməsində böyük rol oynayacaq".
Amma gəlin Putinin açıqlamasındakı məqamlara diqqət ayırmadan öncə ATƏT rəsmisinin də əks arqumentinə, özüdə qəribə arqumentinə diqqət ayıraq. "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət həqiqətən çox ciddi narahatlıq yaradır" Bu fikirləri ATƏT-in baş katibi Lamberto Zannier bildirib.
ATƏT-in baş katibinin sözlərinə görə, xairici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə mütəmadi bir yerdə çalışarlarsa müəyyən irəliləyişə nail olmaq olar. Lamberto Zannier həmçinin XİN rəhbərlərinin Dublin görüşünə böyük ümid bəslədiyini deyib.
Zannierin sözlərinə görə, hazırki durumda Ermənistanda olduğu kimi Azərbaycanda da prezident seçkiləri öncəsi atılan kiçik bir addım belə problemin həllinə müəyyən təsir göstərəcək.
ATƏT rəsmisi Dağlıq Qarabağ problemi ilə bağlı həmçinin onu da qeyd edib ki, sülh müzakirələrinin səmərəli icrası üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir.
Zannier cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması məsələsinə toxunaraq hərbi qüvvələri ortaq danışıqlara çağırıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın hərbi qüvvələri ortaq razılaşma əldə edərək atəşkəsin pozulmasının qarşısını ala bilərlər.
Zannier həmçinin vurğulayıb ki, hər iki ölkənin qeyri-hökumət təşkilatlarını və media qurumlarını insanlar arasındakı təması da artıraraq lazımı təhlükəsiz mühiti formalaşdıra bilərlər.Yəni, ATƏT rəsmisinin açıqlaması yenə də hansısa yeniliyə söykənəkli fikir yox, sadəcə olaraq ümumi yanaşmadır. İndi isə qayıdağın ATƏT-ə qarşı olan iradlara. Ekspertlər bildirir ki, əslində Azərbaycanın ATƏT-ə olan etirazı ilə Vladimir Putinin etirazı arasında nə qədər oxşarlıqlar varsa, bir o qədərdə fərqli yanaşma var. Belə ki, Azərbaycan ATƏT-i ikili yanaşmada, Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana təzyiq etməməkdə ittiham edirsə, Putin ümumilikdə bu qrumun mövcudluğuna etiraz edir və çalışır ki, ATƏT-i əvəz edəcək və yalnız possovet məkanını əhatə edəcək qrum yaratsın. Çünki əslində ATƏT kimi qrumlar Moskvanın imperialist siyasətini durdurur və Putin bu səbəbdən ATƏT-in fəaliyyətinə etirazını bildirir. Ekspertlər bildirir ki, hazırkı məqamda Putinin bu yanaşmasına Azərbaycan dəstək verməməli və ATƏT kimi qrumlarla əməkdaşlığını daha da dərinləşdirməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35