Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi Dəmir yolu xətti üzrə işləyən elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.
Unikal.org xəbər verir ki, iyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq. Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.
31 iyul və 03 avqust tarixləri bayram və qeyri iş günləri olduğuna görə saat 17-30 və 18-35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17-40 və 19-05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07-40 və 09-15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08-00 və 09-20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.