Artıq məktəb direktorları da Misir Mərdanovu eşitmir
13:14 07-12-2012
CƏMİYYƏT
Artıq məktəb direktorları da Misir Mərdanovu eşitmir
Nazirlikdən bir açıqlama verilir, vətəndaşlardan başqa xəbər gəlir
Dünən Təhsil Nazirliyindən artıq öyrəşdiyimiz, vərdiş etdiyimiz bir xəbər gəldi. Düzdü, bu xəbərdə nazirliyin mövqeyi bir az da "qətiyyətli" üslubda ifadə olunmuşdu. Amma istənilən halda reallıqla yaxından-uzaqdan səsləşmədiyini yəqin ki, tezliklə görəcəyik.
Əvvəla gəlin həmin xəbərə göz ataq. Xəbər bundan ibarətdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Yeni il bayramı ilə bağlı şənliklərin keçirilməsinə görə şagirdlərdən pul yığılmasının qəti şəkildə qadağan olunduğunu bildirib: "Belə hallara yol verən məktəblərin rəhbərliyi barəsində çox kəskin mövqeyimizi ortaya qoyacağıq ".
O, qeyd edib ki, məktəblərdə Yeni il şənliyi təhsil müəssisəsi tərəfindən təşkil olunmur. "Bu məsələlərlə bağlı münasibətimiz ənənəvidir" deyən Z.Əliqızının sözlərinə görə, Yeni il şənliyinin keçirilməsi hamının öz istəyindən asılıdır. Sektor müdiri deyib ki, Yeni il şənliyi ibtidai siniflər tərəfindən keçirilir. Bu da həmin siniflərin öz
təşəbbüsü ilə baş verir. Belə tədbirlərə təhsil müəssisəsi müdaxilə etmir.
Zəminə Əliqızı bildirib ki, hansısa təhsil müəssisəsində bununla bağlı pul yığılmasını dəstəkləmirlər və heç vaxt da dəstəkləməyəcəklər: "Ümumiyyətlə məktəblərdə pul yığılması ilə bağlı çox narahatlıq yaranıb. Heç direktorlar da belə məsələlərə müdaxilə etmirlər ki, artıq söz-söhbət yaranmasın. Odur ki, orta məktəblərdə pul yığılması ilə bağlı hələki bizə heç bir müraciət daxil olmayıb. Şagirdlər ayın 29-dan etibarən qış tətilinə çıxacaqlar. İstəyən valideyn öz övladlarının Yeni il şənliyini özü təşkil edir. Müəssisə tərəfindən belə şənliklər təşkil olunmur, əgər valideynlər belə bir şənlik keçirmək istəyirlərsə, təşkil edə bilərlər. Çox xahiş edirik ki, keçirəcəkləri tədbirlərlə bağlı söz-söhbətə əsas verməsinlər".
Z.Əliqızı onu da bildirib ki, hansısa məktəbdə şagirddən bircə qəpik də istəyərlərsə, 441 06 19 nömrəli "qaynar xətt"ə müraciət edilə bilər. Bu günə kimi "qaynar xətt"ə heç bir müraciətin daxil olmadığını söyləyən sektor müdirinin sözlərinə görə, əgər belə bir hal olarsa, araşdırılacaq və məsələ öz təsdiqini taparsa, çox kəskin mövqe ortaya qoyulacaq: "Çünki biz həmişə bunun əleyhinə olmuşuq və bundan sonra da mövqeyimiz dəyişməyəcək. Məktəbdə heç bir ad altında pul yığıla bilməz".
İndidən gələn xəbərlər isə Təhsil Nazirliyi sözçülərinin "qətiyyətli xəbərdarlıqlarının" effektsiz olacağına işarədir: artıq bəzi paytaxt məktəblərində Yeni il tətili günlərində Bakı Dövlət Sirki və bəzi teatrlardakı şənliklərə
biletlərin satışına başlanılacağı gözlənilir. Bu barədə valideynlər məlumatlandırılıb.
İkincisi, Təhsil Nazirliyinin "qaynar xətt"ini bir qədər də "isitməyə" ehtiyac var, çünki ora düşmək məktəb direktorlarına, müəllimlərə vermək üçün pul tapmaqdan daha müşkül məsələdir.
Üçüncüsü: yalnız bayram günlərində uşaqlardan pul yığılmasına fokuslanmaq da lazım deyil. Fakt budur ki, nazirlik hər nə qədər istənilən məsələ ilə bağlı uşaqlardan pul yığılmasını yasaqladıqlarını desələr də, məktəb direktorlarının buna əhəmiyyət vermədikləri KİV səhifələrini bəzəyən valideyn şikayətlərindən məlumdur. Deyəsən, TQDK sədri Məleykə Abbaszadənin Mərdanova amansız hücumları axırda ona gətirib çıxarıb ki, artıq məktəb direktorları da təhsil nazirini "dişli" qəbul etmirlər, qısası, nazirin zəiflədilməsi məktəb direktorlarını Mərdanovdan gələn tapşırıqlara qeyri-ciddi yanaşmağa sövq edir.
Yoxsa bütün bu dediklərimizin səbəbi nə ola bilər axı?!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27