Türkiyənin Marmaris şəhərinin sakini, 42 yaşlı Mehmet Övet həyatında baş verən qəzalar nəticəsində 7 dəfə ölümdən dönüb. Dostları ona zarafatca "Pişik kimi 9 canlısan, 2 canın qalıb" deyirlər.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, 3 dəfə hündürlükdən yıxılan, elektrik cərəyanı vuran, yol qəzası keçirən, tüfənglə vurulub yaralanan və dənizdə huşunu itirib boğulma təhlükəsiylə üzləşən üç uşaq atası başına gələnlərə baxmayaraq, həyatda qalmağı bacarıb.
Mehmet keçirdiyi qəzalardan sonra elektronika mallarının təmiri ilə məşğul olan mağazasını bağlayaraq əlillik təqaüdünə çıxıb və hazırda xanımı ilə birgə çimərlikdə "popkorn" satır.
"Pişik-adam" ilk dəfə ölümlə 7 yaşında, 7 metr hündürlükdən yıxılarkən üzləşib.