“Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm”.
Unikal.org xəbər verir ki, bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində danışıb.
Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:
“Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.