Moskvanın Meşanski Rayon Məhkəməsi “Levıy front” hərəkatının rəhbəri Sergey Udaltsov barədə 10 sutkalıq həbs hökmü çıxarıb.

Unikal.org xəbər verir ki,  S.Udaltsov Xabarovskda keçirilən mitinqlərə öz dəstəyini nümayiş etdirmək məqsədilə icazəsiz aksiya keçirməyə cəhd edib.

Məhkəmənin hökmünə etiraz edən S.Udaltsov aclıq aksiyasına başlayacağını elan edib.

Qeyd edək ki, Xabarovsk vilayətinin qubernatoru Sergey Furqal 2004-2005-ci illərdə iş adamlarına qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq, iyunun 9-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İyulun 11-dən başlayaraq Xabarovskda qubernatorun azad edilməsi tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir.