Yeni birlik təklifi
13:17 07-12-2012
CƏMİYYƏT
Yeni birlik təklifi
Bu sadəcə mümkünsüzdür
Müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata və Demokratik Qüvvələrin Məşvərət Məclisinin birləşməsi yenidən gündəmə gəlib. Təklif Məşvərət Məclisi tərəfindən irəli sürülsə də, İctimai Palatada bu birmənalı qarşılanmadı. Əks cinahda müxalifətin birləşməsinə qarşı çıxanlar olsa da, Məşvərət Məclisinə qoşulan partiya rəhbərləri hesab edirlər ki, seçki öncəsi real nəticə əldə etmək üçün yeganə variant birləşmək və vahid platformadır.
Demokratik Qüvvələrin Məşvərət Məclisində (DVMM) təmsil olunan AMİP sədri Yusif Bağırzadə açıqlamasında müxalifətin vahid platformada birləşməsinin əhəmiyyətindən söz açıb. Ziyalılar Forumunu da birləşməyə çağıran Y.Bağırzadə bəzi siyasi partiyalara iradlarını bildirib.
"İctimai Palatanın Məşvərət Məclisi ilə birləşmə təklifini dəstəkləyirik. Biz bildirmişik ki, İctimai Palata, Məşvərət Məclisi və Ziyalılar Forumu bir-birlərinə yaxınlaşmalıdır. Biz hələ ki, bir sənəd ətrafında birləşə bilərik. İctimai Palata da, Məşvərət Məclisi də bir-birinə inteqrasiya etməlidir. Əgər biz Azərbaycanda seçkilərin demokratik keçirilməsini istəyiriksə, bu qurumlar birləşməlidir. Azərbaycanda müxalifətin daha geniş koalissiyasına nail olmaq lazımdır. Bu baxımdan da İctimai Palata ilə Məşvərət Məclisinin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir. Bunu istəməyən partiya sədri və yaxud siyasətçi Azərbaycanda seçki mühitinin demokratikləşməsinə qarşı çıxır. Hesab edirəm ki, Azərbaycanda müxalifətin vahid ünvanı olmalıdır. Siyasi partiyalar bir araya gələrək vahid platforma təşkil etməli və seçkilərə vahid namizədlə qatılmalıdırlar. Müxalifət birləşərsə, uğura nail olmaq mümkündür. Belədə Azərbaycan müxalifəti minimum siyasi, hüquqi islahatlara nail ola bilər", - deyə partiya sədri vurğulayıb.Maraqlıdır, bu gün həqiqətənmi bu birliklər bir araya gələ bilər? Ekspertlər bildirir ki, müxalifətin birləşməsi ideyası hər zaman olsada bu mümkün olmayıb. Bunun isə çox sadə səbəbləri var. İlk növbədə ona görə ki, müxalifət liderlərinin iddiaları reallıqla uyğun gəlmir və bu iddialar hər zaman toqquşub. Elə indinin özündə də qarşıdan, 2013-cü ildə prezident seçkiləri gəlir və yenə maraqlar toqquşur. Belə ki, birləşmək istəyən müxalifət liderləri həm də bir-birilərinə rəqib kimi baxır və seçkilərə qatılmaq niyyətindədirlər. Bu halda seçkilərdə bir-birinə rəqib olan müxaliflər hansı məntiqlə birləşə bilər? Başqa bir məqam, çox maraqlıdır ki, müxalifət liderləri hər zaman rəqib olaraq hakimiyyəti yox, ilk növbədə bir-birilərini rəqib gözündə görüblər. Müşahidəçilər hesab edir ki, bu sözsüz ki, ciddi ideologiyaya və strategiyaya sahib olmadıqlarındandır və bu uzun müddət davam edəcək. Nəhayət başqa maraqlı bir səbəb isə budur ki, müxalifət liderlərinin bir-birinə inamı yoxdur. İnam olmayan yerdə isə hansısa birlikdən danışmaq yersiz olar. Təsəvvür edin ki, KAXCP sədri AXCP sədrini Elçibəyə xəyanətdə, Müsavat AMİP-i hakimiyyətə işləməkdə ittiham edir və sonra bu güclər bir masa arxasında əyləşirlər. Bu nə qədər etibarlı müttəfiqlik ola bilər? Ekspertlər bütün bunları nəzərə alaraq iddia edirlər ki, AMİP liderinin gündəmə gətirdiyi birlik təklifi özünü doğrultmayacaq. Həm də o səbəbdən ki, bu gün İctimai Palata ümumilikdə DVMM-ni bir təşkilat olaraq tanımaq istəmir və bir müddət öncə bu qrum yarananda AXCP və Müsavat buna sərt reaksiya verdilər və belə rəy yaradıldı ki, DVMM əslində müxalifəti parçalamaq üçün yaradılıb. Başqa maraqlı bir məqam isə budur ki, bu təklifi verən AMİP lideri bir müddət öncə bəyanatla İctimai Palatanı tərk etdi. Bundan sonra İP-in Yusif Bağırzadəyə xoş yanaşmasını gözləmək sadəcə mümkünsüzdür. Bunu da qeyd edək ki, bu gen İP-in özü daxili problemlərini həll edib, vahid namizəd məsələsinə nöqtə qoya bilmir. Belə olan halda İP-in hələ DVMM-i ilə də əməkdaşlığa getməsini gözləmək sadəlöhvlük olardı.
Yeri gəlmişkən bunu da qeyd edək ki, Yusif Bağırzadədən qabaq ictimai Palata yeni memorondum imzalayıb ki, orda da müxalifətə çağırış var. Belə olan halda İP öz rəsmi sənədindən imtina edib DVMM-ya yaxınlaşa bilməz. Çünki AXCP və Müsavat hesab edir ki, digər müxalifət partiyalarıda İctimai Palataya daxil olmalıdır. Buna görə hətta struktur dəyişikliklərinin də həyata keçirilməsi gözlənilir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27