İsveçrədə son sutkada 193 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə İdarəsi açıqlayıb.
Məlumata görə, ölkədə eyni dövr ərzində 3 nəfər virusun qurbanı olub. Beləliklə, Mərkəzi Avropa ölkəsində indiyədək 34 802 yoluxma faktı aşkarlanıb, onlardan 1 703 nəfəri ölüb.