Kərəm Həsənovla Nəsib Məhəməliyevin işbirliyi
12:56 11-12-2012
İQTİSADİYYAT
Kərəm Həsənovla Nəsib Məhəməliyevin işbirliyi
Komitə sədri ilə icra başçısı onlarla sakinin tapdanan haqları qarşısında niyə susur?
Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsi bina 18-də yaşayan sakinlər evlərinin söküləcəyi xəbərini narazılıqla qarşılayıblar. Sakinlərin narazılıgının əsas səbəbi onlara evlərinə görə verilən kompensasiyanın real bazar qiymətlərindən qat-qat az olması və qanunla nəzərdə tutulmuş əlavə kompensasiyaların onlara verilməməsidir.
Bu barədə redaksiyaya bildirən şəxsin sözlərinə görə, adıçəkilən ünvanda yerləşən 3 mərtəbəli və cəmi 10 mənzildən ibarət bina sökülür. Onun yerində isə iri təhsil kompleksinin inşası nəzərdə tutulur.
Sakinlərə evlərinin sökülməsi haqqında onları noyabrın 16-da Nəsimi rayon icra hakimiyyətinə dəvət etmiş rayonun icra başçısı Nəsib Məhəməliyev xəbərdar edib, icra başçısı həmçinin onu da bildirib ki, “1500 manat qiymətini ədalətli hesab edir” və əgər sakinlər öz xoşları ilə evlərindən çıxmasalar onlar “zorla köçürüləcək”.
Demək olar ki, birinci dəfədir ki, hökumət şəhərin ən elit və bahalı yerlərindən birində yerləşən bir evə belə kiçik qiymət qoyur. Sakinlər bildirirlər ki, alacaqları “ədalətli” kompensasiyaya onlar nəinki indiki evlərinə uyğun həttda ona yaxın duracaq da bir əmlak ala bilməzlər.
Bu ədalətsizliklə barışmayan sakinlər yuxarı orqanlara, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məktubla müraciət ediblər. Amma sakinlərin məktubuna heç bir qurumdan rəsmi cavab gəlməyib. Eləcə də Kərəm Həsənovun sədri olduğu komitədən!
Ünvanladıqları məktubda sakinlər Azərbaycan Konstitusiyası, aidiyyatı qanunlar və qanunverici aktlara və prezidentin fərmanına istinad edərək məsələnin ədalətli yolla və Azərbaycan qanunlarına uyğun həllini xahiş ediblər.
Qanunlara isə nəzər salanda məlum olur ki, “dövlət ehtiyacları üçün satınalmalar bazar qiymətinə uyğun olmalıdır” 1500 manat rəqəminin haradan götürülməsi bu haqda Nazirlər Kabinetinin qərarının olub-olmaması Azərbaycanda bəlkə də ən ciddi dövlət sirri kimi qorunur. Hələ heç kim “köçürülən sakinlərə evlərinin hər kvadrat metrinə görə 1500 manat ödənilməlidir” yazılmış rəsmi sənədi görməyib. Dövlət orqanları o cümlədən Nazirlər Kabineti 1500 manat qiymətinin necə müəyyənləşdirildiyini açıqlaya bilmir. Bu rəqəm ən adi məntiqə də ziddir, necə ola bilər ki, bir şəhərin müxtəlif yerlərində yerləşən əmlakın qiyməti eyni olsun? Sakinlərə evlərinin hansı qərara əsasən söküləcəyini və hansı qanuna əsasən evlərinin hər kvadrat metrinə görə məhz 1500 manat kompensasiya təyin olunduğu haqqında heç bir rəsmi sənəd təqdim olunmayıb, çox guman ki, olunmayacaq da.
Bu məsələnin digər maraqlı məqamı da ondadır ki, sakinlər hər kvadrat metrə görə 1500 manatdan əlavə onlara çatacaq kompensasiyanı ala bilmir. Məsələ bundadır ki, icra hakimiyyəti orqanları vətəndaşların qanunlardan və əmlak məsələləri ilə bağlı olan qanunvericilikdən az xəbərdar olması və ya heç xəbərdar olmamasından istifadə edərək onsuzda əmlakı dəyər-dəyməzinə əlindən alınan insanlara çatacaq kompensasiyanı tam şəkildə onlara ödəmirlər, bu vəsait isə naməlum istiqamətdə yoxa çıxır…
Nəsib Məhəməliyevin bəzi işçiləri əlavə kompensasiyaların 1500 manata daxil edildiyini bildirir, halbuki bu absurddur və qanunvericiliyin tələblərinə ziddir.
Bu cavab həm də məntiqdən uzaqdır: necə ola bilər ki, kompensasiyaların məbləği hamıda müxtəlif olsun amma əlavə kompensasiyaların məbləği bir olsun? Bu heç bir sağlam məntiqə uyğun deyil.
Qeyd edək ki, bu məsələdə istər icra başçısı, istərsə də Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin susqun mövqeyi müəyyən suallar da yaradır. Məlumdur ki, Nəsib Məhəməliyevin rəhbərlik etdiyi rayonda çoxsaylı mülklər və obyektlər əldə etdiyinə dair dövri mətbuatda yazıların ard-arası kəsilmir. Onun belə asanlıqla özünə əmlak sarıdan zənginliklər yaratması icra başçısının adıçəkilən komitə sədri ilə hansısa işgüzar münasibətlərinin ola bildiyi yönündə qənaətlər yaradır.
Görünür, yuxarıda haqqında danışdığımız məsələdə də icra başçısı və komitə sədrinin eyni xətti tutmaları səbəbsiz deyil…
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00