Bağlanmış banklarda bloklanmış əmanətlərlə bağlı Konstitutsiya Məhkəməsi vətəndaşların xeyirinə qərar qəbul etmişdi.

Unikal.org xəbər verir ki, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına bu gündən başlanılır.