Xəbər verdiyimiz kimi, 21 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilən Dursun Ayvaz oğlu Həsənov bu gün ölkə başçısının sərəncamı ilə geri çağırılıb. 

Unikal.org xəbər verir ki, Dursun Həsənov hazırda Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışan Ramiz Həsənovun qardaşıdır. 

Xatırladaq ki, Ramiz Həsənov da 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalış çalışıb.