Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədli azadlığa çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə onun atası məlumat verib. F.Əhmədlinin cəza müddəti bitib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, F.Əhmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.