İran-Azərbaycan münasibətlərində gərginlik
13:00 12-12-2012
İQTİSADİYYAT
İran-Azərbaycan münasibətlərində gərginlik
Gediş-gəliş mürəkkəbləşdirildi
Milli Məclisdə Azərbaycan və İran hökumətləri arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun ləğv edilməsi barədə layihənin müzakirəsi olub və layihə təsdiqlənib. Maraqlıdır, belə bir addımın atılması zərurəti nədən yarandı?
Ekspertlər bunu bir sıra məsələlərlə əlaqələndirir. İlk növbədə qeyd olunur ki, BMT-in İrana tətbiq etdiyi sanksiyaya demək olar ki, əksər dövlət qoşulub ,o cümlədəndə Azərbaycan. Və görünür bu layihənin ləğvidə sanksiyanın tərkib hissəsidir. Qeyd edək ki, dəfələrlə ən yüksək səviyyədə Azərbaycandan sanksiyalara əməl etmək tələb olunmuşdur və Azərbaycan bir sıra addımlar atmaq məcburiyyətində qaldı. Digər əsas amil isə İrandan Azərbaycana olan axındır. Ekspertlər bildirir ki, İrana qarşı sanksiyalar tətbiq olunandan sonra İrandan Azərbaycana axın kifayət qədər artıb və demək olar ki, Azərbaycana gələnlər burda məskunlaşmaq niyyətində olurlar. Bu isə Azərbaycan üçün gələcək təhlükədən xəbər verir. Belə ki, İranda siyasi durum gərginləşərsə Azərbaycanla sərhəd bölgəsində yaşayan İran vətəndaşları Azərbaycana üz tutacaq. Ekspertlərin təxmini gümanlarına görə belə hal olarsa Azərbaycan 8 milyondan çox şəxsi qəbul etməli olar ki, buda Azərbaycanın öz əhalisinin sayı qədərdir və bu qədər şəxs qəbul olunarsa Azərbaycanın özü ciddi iqtisadi problemlər yaşamış olacaq. Məhz bunu nəzərə alaraq Azərbaycan öncədən qabaqlayıcı addımlar atır. Bunu da qeyd edək ki, hazırda İran vətəndaşı olan və Azərbaycanda mülk sahibi olan şəxslərin sayı yüz mini keçir. Yüz min mənzil sahibi isə ailələri ilə birlikdə orta hesabla 500 minə yaxın vətəndaş deməkdir. Deməli bu prosesin qarşısı alınmazsa Azərbaycanı həqiqətəndə ağır günlər gözləyər. Ekspertlər bildirir ki, bu addımın atılması həm də İrana qarşı Azərbaycan ərazisindən istifadə etməklə başqa dövlətlərin təxribat törətməsinin qarşısını almağa cəhdlər edilir. Qeyd edək ki, İran tərəfi də dəfələrlə bəyan edib ki, İsrail və ABŞ Azərbaycan ərazisindən istifadə etməklə İranda təxribat törətməyə çalışır. Hətta buna görə İranla Azərbaycan münasibətləri kifayət qədər gərginləşdi. Çünki İran bəyan etdi ki, onların nüvə alimləri Azərbaycanda təlim keçmiş şəxs tərəfindən qətlə yetirilib. Azərbaycan tərəfi isə bunu təkzib etdi və kifayət qədər gərginlik yaşandı. Ekspertlər hesab edir ki, artıq İran məsələsi bir azda gərginləşib və başqa dövlətlərin Azərbaycanda maraqları artır və sabah hansısa boşluqlardan istifadə edərək İrana qarşı təxribatlar yaradıla bilər. Bunu əsas gətirərək Azərbaycan tərəfi belə bir layihəni gündəmə gətirdi. Ekspertlər qeyd edir ki, belə bir addımın atılması həm də İranda bəzi qüvvələrin Azərbaycanın cənub bölgəsində milli münaqişələr yaratma istəyinin qarşısını almaqla bağlıdır. Belə ki, bu layihə qüvvəyə minəndən sonra demək olar ki, İrandan Azərbaycana ciddi axın başladı və cənub bölgəsində az qala hər kənddə belə dini-ideoloji təbliğatla məşğul olan şəxslər ortaya çıxdı. Son bir ay ərzində isə başqa bir prosesin şahidi oluruq. Belə ki, yeni talış təşkilatı yaradılıb və təşkilat bir sıra siyasi bəyanatlarla çıxış edir. Qeyd olunur ki, İrandakı bəzi qüvvələr bu təşkilata həssaslıqla yanaşır və lazımi məqamda onlara maddi və mənəvi dəstəkdə verə bilərlər. Məlum layihə isə imkan verirdi ki, bu qüvvələr asanlıqla Azərbaycan ərazisinə daxil olsunlar.
Nəhayət sonuncu arqument isə narkotik daşımaları ilə bağlıdır. Məhz məlum layihə qüvvəyə minəndən sonra Azərbaycana narkotik gətirmə cəhdləri bir neçə dəfə artıb. Milli Təhlükəsizlik Nazirliyi demək olar ki, hər həftə, hər ay ölkəyə külli miqdarda narkotik gətirmək istəyən dəstələri zərərsizləşdirir. Bu isə kifayət qədər təhlükəli haldır. Ən təhlükəlisi isə bu idi ki, İrandakı bu qüvvələr elə Azərbaycan vətəndaşlarından kuryer kimi istifadə edirdilər. İndi isə ciddiləşdirilmiş viza sisteminə keçməklə bu axının qarşısını almaq mümkün olacaq. Ekspertlər bildirir ki, Azərbaycanın belə bir addım atması İranı qıcıqlandıracaq və İranda müəyyən addımlar atmağa çalışacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00