"Uniklinika"da nə baş verir?
13:01 12-12-2012
İQTİSADİYYAT
"Uniklinika"da nə baş verir?
Özəl tibb mərkəzi ilə bağlı tənqidlər çoxalıb
Son vaxtlar "Uniklinika" özəl tibb müəssisəsi haqqında tənqidlərin, şikayətlərin sayı artıb. Bu tənqidlərə əsas səbəb isə orada tibbi xidmətin keyfiyyətinin aşağı olmasına rəğmən, qiymətlərin "od tutub yanması" ilə bağlıdır.
Qeyd edək ki, "Uniklinika" 2005-ci ildə yaradılıb. 2010-cu ildə isə adıçəkilən tibb mərkəzinin lisenziyasının müddəti Səhiyyə Nazirliyi tərəfindən daha beş il müddətində uzadılıb.
Bununla belə, mətbuatdakı tənqid və iradlardan belə görünür ki, nazirliyin özəl tibb mərkəzləri ilə bağlı vaxtaşırı media vasitəsilə etdiyi xəbərdarlıqlar adıçəkilən klinikanın da fəaliyyətinə birbaşa şamil oluna bilər.
Bəs "Uniklinika" ilə bağlı tənqidlər, şikayət və iradlar nə ilə bağlıdır? Bildirilir ki, burada həyata keçirilən cərrahi əməliyyatlar üçün xəstə yaxınlarından kifayət qədər yüksək məbləğ alınsa da, vətəndaşlar əməliyyat üçün tələb olunan dərman preparatlarını da özləri almalı olurlar. Hətta qan və plazmanı da xəstə yaxınları almağa məcburdurlar.
Və yaxud: burada hər bir həkimin xəstə qəbulu üçün ayrıca qiymət müəyyənləşdirilib, onların qəbuluna düşmək üçün həmin məbləği ödəmək şərtdir. Daha xəstə müayinə və müalicə olunmaq istədi, istəmədi, şəfa tapdı, tapmadı, bunun məsələyə heç bir dəxli yoxdur.
Mətbuatdakı iddialara görə, "Uniklinika" Doğan Batmaz adlı bir türk iş adamı tərəfindən təsis edilib. Sonradan Doğan Batmaz adını və soyadını dəyişdirərək Azərbaycan vətəndaşlığını qəbul edib və qəribədir ki, ortalardan yoxa çıxıb. Hazırda klinikanın baş həkimi Aqil Axundov adlı bir şəxs olsa da, klinika yoxa çıxan türk iş adamının yaxın adamı olan Qəhrəman Qəhrəmanov və Doğan Batmazın köməkçisi olan bir qadın tərəfindən idarə olunur. Medianın iddialarına görə, baş həkim olaraq Aqil Axundovun adı yalnız rəsmi qeydlərdə keçir.
Bütün bu tənqid və iradların, iddiaların cavabsız qalması isə maraq doğurur. Daha doğrusu, deyilənlərin həqiqəti əks etdirdiyi təəssüratı yaradır.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48