Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki gərginlik “TRT World” telekanalının diqqət mərkəzinə düşüb.

Unikal.org xəbər verir ki, telekanal Ubay Şaxbandar adlı jurnalistini bölgəyə ezam edərək bu mövzu ilə bağlı reportaj hazırlayıb. 

Süjetdə bu bölgədə baş verən döyüş əməliyyatlarının regionun təhlükəsizliyinə təsirindən söhbət açılıb.