Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.

Qeyd edək ki, hər iki şəxs E. Vəliyevin yaxın adamları hesab olunur.

Əlavə məlumat veriləcək.

Orxan Həsənli