Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 25 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.  

Unikal.org xəbər verir ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20,  gündüz  24-27,  Bakıda  gecə 18-20, gündüz  25-27 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

25 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 25-29, dağlarda gecə 6-11, gündüz  12-16 dərəcə  isti olacaq.