Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Gəncə şəhərində əməliyyat keçirməsi ilə bağlı yayılan informasiyalara Gəncə Şəhər İcra Hakimiyyətindən münasibət bildirilib.

Unikal.org xəbər verir ki, məlumatda deyilir: “İcra hakimiyyətinin memarlıq şöbəsinin sabiq müdirləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmlinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbsi barədə  əməliyyat şəhər İcra Hakimiyyətinin inzibatı binasında keçirilməmişdir. 

Gəncə Şəhər İcra Hakimiyyəti KİV nümayəndələrindən xahiş edir ki, bəzi xəbər başlıqlarında yalnışlığa yol verilməməsi üçün məlumatı rəsmi qaydada təqdim etsinlər”.