Kürdəmir Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.
Unikal.org Report-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Anar Əliyev Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
A.Əliyev buna qədər Saatlı RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polovnik-leytenant Səfər Nuriyev bir müddət əvvəl DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə rəis müavini təyin edilib.