Ərəb inqilabları ilə bağlı şok iddia
11:37 13-12-2012
İQTİSADİYYAT
Ərəb inqilabları ilə bağlı şok iddia
Misirin, Liviyanın, İraqın və başqa üsyan ölkələrinin muzeyləri və kitabxanaları niyə od tutub yanır?
Hazırda partiarxatdan əvvəlki matriarxat mədəniyyəti haqqında çox danışılır. Amma insanlığın taleyindəki bu dəyişikliyin səbəbləri və hərəkət trayektoriyası barədə söz açan yoxdur. Təbii ki, şablonu nəzərdə tutmuruq. Belə bir versiya da var ki, matriarxat və qadın hakimiyyəti qadınların müasir sivilizasiyaya maneçilik törədən dindar təbiətə malik olduqlarından aradan qalxıb və ya bilərəkdən aradan qaldırılıb. Ümumən bu məsələdən danışacağıq - amma bir qədər fərqli çalarlarla (168.az).
Heç kimə sirr deyil ki, Yaxın Şərqdəki və Şimali Afrikadakı müharibələr ABŞ-ın və NATO-nun oyunudur. Bu oyunda müxtəlif səbəblərdən danışılır - neft, demokratiyaya laqeyd münasibət və sair. Ayrı-ayrı qrupların maraqlarından da söhbət açmaq mümkündür. Sual olunur: bütün bunların Misirin, Liviyanın, İraqın və başqa yerlərin muzeylərinə və kitabxanalarına aidiyyatı nədir? Səbəb nədir ki, ölkələrdə baş verən qarşıdurmalar zamanı həmin yerlər od tutub yanır. Bu mənada Rusiya qəzetlərindən birində getmiş məlumatlar maraq doğurmaya bilməz: "2012-ci ilin başlanmasına çox az qalmış Misirin paytaxtı Qahirədəki küçə etirazları gedişində dünya tarixinin inkişafının düşünüldüyü, yəhudilərin "İncil"ində yazıldığı tərzdə getmədiyini təsdiqləyən materiallar məhv edildi… Elmi mərkəz adlandırılan qədim kitabxana Misir parlamentinin binasının yalnız bir hissəsini təşkil edirdi. Təxribatçılar kütləni məhz həmin istiqamətə tərəf yönləndirdilər və binaya alovlandırıcı vasitələr atdılar".
Liviyadakı müharibə zamanı isə ölkənin milli bankından özündə antik dövrün 10 min incəsənət predmetini birləşdirən "Benqazinin xəzinəsi" adlı arxeoloji külliyyat yoxa çıxdı. Bundan başqa Leptis Maqna və Sabrat kimi şəhərlər bombardımana məruz qalaraq yer üzərindən demək olar, silindi. İraq amerikalılar tərəfindən ələ keçirilən ilk gün Bağdadın milli muzeyi qarət olundu. Eyni aqibəti ölkənin antik dövr sənədlərinin saxlandığı milli kitabxanası da yaşadı… Bütün bunları təsadüf kimi qiymətləndirmək mümkünsüzdür.
Onunla davam edək ki, İsrailin bir sıra alimləri, məsələn, arxeologiya profossoru Z.Hersoq və tarixçi Y.Kamayski qazıntılar nəticəsində aşkara çıxarılmış faktlardan əldə olunan qənaətin Bibliyada yazılanları əks etdirmədiyini söyləyiblər. Həqiqətən də Bibliyanın tarixini isbatlayan bir dənə elmi təsdiqini tapmış artefakt (maddi mədəniyyət nümunəsi) göstərilməyib. Daha doğrusu, İsraildə və ümumən Yaxın Şərqdə Müqəddəs kitabda yazılanları təsdiqləyən maddi mədəniyyət nümunəsi yoxdur. Amma heç kəsin ağlına gəlmir ki, Müqəddəs Torpağın olmadığı barədə mühakimə yürütsün və bu məsələnin nə üçünsə və kim tərəfindənsə süni şəkildə ortaya atıldığını iddia etsin.
Sionistlər aysberqin yalnız görünən tərəfidir. Bu tərəf tarixi yəhudilər əleyhinə çevirməklə həm bütün günahları onların boynuna yıxır, həm də Avropanın nailiyyətlərini əyinlərinə biçir. Amma tarix sionistlərə qədər, yəni 1099-cu ildə Avropa xalqı Qüdsü necə deyərlər, özünə qaytaranda (I Xaç yürüşü) səmtini dəyişmişdi. İlk baxışdan anlaşıla bilər ki, söhbət hazırda Fələstin ərazisində yerləşmiş Qüdsdən gedir. Amma məsələ onda deyil. Başqa şəhər barədə danışırıq. Axı, reallıqda kimsə Allah tərəfindən də unudulduğu təsiri bağışlayan və adi bitkinin belə bitmədiyi torpağın cənnətin nişanəsi olduğuna inanmır. Nəhayət, buna inanmaq birbaşa ziddiyyətdir. Yaxın keçmişə müraciət edək: 1947-ci ildə Müqəddəs Torpaq adlandırılan ərazidə yarım hektara heç bir ağac da düşürdü.
Xəritəyə diqqət yetirək və bir anlığa təsəvvürə gətirək ki, nə vaxtsa Cəbəllütariq boğazı olmayıb və boğazın yuduğu sahillər də istisna təşkil edib (bu barədə məlumatlar kifayət qədərdir). O zaman belə alınacaq ki, Aralıq dənizi daxili dənizdir və onun sahillərində yaşayan xalqlar bir-birilərilə rahatca əlaqə yarada biliblər. Elə buradaca qanunauyğun sual çıxır: biz nəyə görə belə hesab edirik ki, yəhudilər Cəbəllütariqdən sola - İspaniyaya, oradan da bütövlükdə Avropaya deyil, Misirdən sağa Ərəbistan yarımadasına üz tutublar? Axı, Avropanın cənubu elə həmin dönəmdə də cənnətə daha çox oxşayırdı, nəinki şərqdəki səhralar. Buradan belə nəticəyə gəlmək olar ki, əslində Bibliyanın tarixi Avropanın tarixidir və onun Yaxın Şərqlə heç bir əlaqəsi yoxdur.
Başqa məqama da diqqət yetirək: hazırkı Qüdsün qala divarlarının daxili sahəsi bir kvadrat kilometri əhatə edir ki, burada da yalnız 2 mindən azca artıq insanın yaşaması mümkündür. O, Solomon və Davidin nəhəng şəhərlərindən çox, kiçik kəndi xatırladır. Bizim eranın başlanğıcında yaşamış məşhur yəhudi tarixçisi və sərkərdəsi olduğu deyilən İosif Flaviyə istinadən bildirilir ki, həmin bu yerdə konsulu 3 milyon adam qarşılayıb. Halbuki əgər ərazidəki tikililəri də söksək, qala divarları arasına bu qədər sayda adamı yığmaq mümkünsüzdür. Bu yerdə Bibliyada yazıldığı kimi ayıların, bataqlıqların, soyuğun, buğdanın mövcudluğunu də təsəvvürə gətirmək olmur. Kitaba inansaq, Musa Peyğəmbərin davamçısı İisus Navin burada 31 şəhər tutmuşdu. Hanı o şəhərlər? O şəhərlər səhrada idimi? Axı, ötən müddətdə coğrafi struktur baxımından ciddi dəyişikliklərin olması real görünmür. Heç müasir İsraildə də 20 şəhər yoxdur.
Deməli, belə nəticəyə gəlmək olar ki, Misirdən didərgin salınmış yəhudilər şərqə deyil, əslində qərbə doğru yön alıblar və mövcud baxışdan çıxış edərək onların müqddəs torpaqlarının Avropada olduğuna dair fikir yürütmək olar. Bəs, bunun sübutu varmı? Əlbəttə var!
1130-cu ildə Yerusəlimin ələ keçirilməsindən 31 il sonra İspaniya kralı Alfonso ölkəni tamplierlərə (katolik cəngavərlərin dini ordeni) vəsiyyət etdi. Kral dəli deyildi, ağlı başında olan morax idi və Vatikan vəsiyyətin qüvvəyə minməsinin qarşısını almaq üçün çox səylər göstərdi. Gəlin, öncə diqqət yetirək, Alfons bu addımı nəyə görə atdı?
Çox az adam bilir ki, sarasinlərin (qarətçi tayfa kimi baxılır. əslində ərəb-müsəlman cəngavərləri olublar. Hazırda sarasinlər Suriyada məskunlaşıblar) adı ilk dəfə Yaxın Şərqlə deyil, İspaniya ilə əlaqədar çəkilir. İspaniyanı bizim eranın 7-8-ci əsrlərində onlar ələ keçirmişdilər və ölkəni azad etmək üçün müharibələr getmişdi. Bu zaman kralın məhz sarasinlərə qarşı 30 il ərzində mübarizə apararaq qəhrəmanlıq göstərmiş və Yerusəlim torpaqlarını qorumuş tampliyerlərin cəngavərinə etimad göstərməsində təəccüblü nəsə yoxdur.
Təsadüfi deyil ki, bu qəhrəmanlıq səbəbindən Piriney yarımadası və ətrafdakı ilk və əsas qalalar da məhz sözügedən ordenə məxsus olmuşdu. Həmin qalaların sarasinlərdən müdafiə xarakteri daşıdığını bilmək elə də çətin deyil. Məsələ isə ondadır ki, bu əhvəlatın Yaxın Şərqə aidiyyatı nədir? Həqiqətən də heç bir bağlılığı yoxdur. Bölgədə belə desək, müqəddəslik toxumunun səpilməsi sonradan baş vermiş hadisəyə oxşayır. Ola bilər ki, bu, İngiltərənin Plantogenetlər sülaləsindən olan kralı I Riçardın (şir ürək) tarixdən Misir və Suriyanın sultanı kimi məlum olan Səlahəddinlə 1191-ci ildə bağladığı sazişdən sonra olmuşdu (xaç yürüşləri zamanı). Qeyd etmək lazımdır ki, tampliyerlərə başqa yerlərdə qalalar verən olmayıb. Amma birdən-birə ortaya Yerusəlim çıxdı ki, onu qorumaq ordenin nizamnaməsində əksini tapdı. Deməli, hadisələr Piriney yarımadasında cərəyan etdi. Ola bilməz ki, 9 nəfərlik cəngavər yığını həm İspaniyanı, həm də Yaxın Şərqi müdafiə edəydi.
(ardı sabahkı sayımızda)
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42