İlham Əliyev namizəd olacaq
11:38 13-12-2012
İQTİSADİYYAT
İlham Əliyev namizəd olacaq
"Azərbaycan İlham Əliyevin rəhbərliyi,
ortaya qoyduğu reallıqlardan, sabitlikdən və
əmin-amanlıqdan, inkişafdan faydalanır"
Qarşıdan prezident seçkiləri gəlir və artıq bununla bağlı istər ölkədaxili siyasi qüvvələr, istərsə də beynəlxalq təşkilatlar aktivləşib. Ekspertlər bildirir ki, bu seçkilər digər seçkilərdən kifayət qədər fərqli olacaq. Daha doğrusu seçkilərə qatılan namizədlər bu dəfə daha çox əziyyət çəkməli olacaq. Təkcə bunu qeyd etmək lazımdır ki, indiyə qədər səkkiz siyasi sima prezident seçkilərində iştirak edəcəyini qətiləşdirib. Hazırda müxalifət də hazırlıq işləri görür və əsas problemi, vahid namizəd məsələsini həll etməyə çalışır. Amma ekspertlər hesab edir ki,
Müxalifət bu problemin öhdəsindən gələ bilməyəcək. Bundan başqa ekspertlər hesab edir ki, bu seçkilərdə beynəlxalq güclərdə mühüm rol oynayacaq. Görünən budur ki, bu məsələdə Rusiyada xüsüsi aktivlik göstərəcək və mövcud hakimiyyətlə hazırda aralarında ciddi problemlər var. Hətta Rusiya hakimiyyətə təsir etmək üçün "Milyarderlər ittifaqı" yaratdı və yəqin ki, seçkilər zamanı onların aktivliyinin şahidi olacağıq. Amma Rusiyadan fərqli olaraq qərb loyallıq nümayiş etdirməkdədir. Elə Avropa Birliyinin rəsmisinin verdiyi son açıqlamada buna əyyani misaldır. Xarici diplomat açıqlama verərək qeyd etmişdi ki, hazırda ən şanslı namizəd İlham Əliyevdir. Amma bir məsələdə var ki, cəmiyyətdə belə fikir formalaşıb ki, prezident bu seçkilərdə iştirak etməyəcək və Rusiya variantına üstünlük veriləcək. Qeyd edək ki, Rusiyada Vladimir Putin üçüncü dəfə seçkilərdə iştirak etmədi və onu 5 il Medvediyev əvəz etdi. Daha sonra isə o postunu geri aldı. Bildirilir ki, İlham Əliyevin üçüncü dəfə seçkilərə qatılması beynəlxalq ictimaiətdə birmənalı qarşılanmaya bilər və buna görə Rusiya variantına üstünlük veriləcək. Amma hazırda YAP-dan gələn rəsmi açıqlamalar bu proqnozun doğru olmadığını ortaya çıxartdı. "Azərbaycan xalqının prezident seçkiləri ilə bağlı təsəvvürlərinin əsasını təşkil edən ideya növbəti beş ildə də ölkəmizə İlham Əliyevin rəhbərlik etməsi ilə bilavasitə əlaqədardır". Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. O qeyd edib ki, belə bir ictimai düşüncənin formalaşması Azərbaycanın inkişafı və bu inkişafın hər bir Azərbaycan vətəndaşında, ailəsində özünü göstərməsi ilə əlaqədardır.
Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşı və ailəsi bu inkişafdan öz payını götürür və bundan sonra da Azərbaycanın inkişafını İlham Əliyevin Azərbaycana rəhbərlik etməsində gördüyündən 2013-cü ilin prezident seçkilərində də özünün namizədi qismində məhz İlham Əliyevi görür. O vurğulayıb ki, bu fikirləri, bu yanaşmanı Azərbaycan gəncliyi də bölüşür. "Azərbaycan gəncliyi İlham Əliyevin rəhbərliyi, ortaya qoyduğu reallıqlardan, sabitlikdən və əmin-amanlıqdan, inkişafdan, gələcəyin layiqli vətəndaşları kimi yetişmək imkanlarının mövcud olmasından faydalanır və bütün bunlar toplum halında Azərbaycan gəncliyinin də 2013-cü ilin prezident seçkilərində namizədin məhz İlham Əliyevin şəxsiyyətində görməsini şərtləndirir", - Əhmədov deyib.
Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sıralarında 600 minə yaxın Azərbaycan vətəndaşı var. "Bu, böyük bir ordudur, eyni zamanda, YAP sıralarında bu qədər insanın birləşməsi Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının Heydər Əliyevin şəxsiyyətinə, ideyalarına dərindən inamını ifadə edir", - Əhmədov deyib.
Beləliklə aydın oldu ki, qarşıdan gələn seçkilərdə hakimiyyətin namizədi yenə də İlham Əliyev olacaq. Maraqlıdır, bəs beynəlxalq təşkilatlar buna necə reaksiya verəcək? Ekspertlər bildirir ki, qərb və ABŞ-da açıq şəkildə görürkü bu gün İlham Əliyevin qarşısına çıxa biləcək alternativ güc yoxdur. Belə olan halda süni şəkildə hansısa namizədə dəstək vermək sadəcə olaraq idarəolunmaz mühit yarada bilər. Bunu da qeyd edək ki, Rusiya hazırda regiondakı nüfuzunu gücləndirməyə çalışır ki, buna qarşıda duruş gətirən yalnız Azərbaycandır. Bu isə o deməkdir ki, ABŞ və qərb üçün bu gün mövcud hakimiyyət strateji müttəfiqdir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42