"Hazırda ölkədə 176 min tələbədən 113 mini ödənişli təhsil alır".
Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, 15 209 tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir:
"Güzəştlərin olması ehtiyac meyarı üzərindən olmalıdır. Hamıya güzəştin edilməsi mümkün deyil".