Uşaqların yoluxma faizi çox aşağıdır. İyul ayının rəqəmlərinə görə ABŞ-da uşaqların yoluxması 2 faiz, İspaniya, İtaliyada 0,8 faizdir. ÜST-ün tövsiyyəsinə görə 12 yaşdan aşağı uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır.
Unikal.org xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, dərslər başlayarkən uşaqların maska taxması barədə valideynlərə məlumat veriləcək.
“Maskaların taxılması infeksiyanın yayılmasına səbəb ola bilər. Çünki maskalar hər gün dəyişilməlidir”.
Təhsil naziri bildirib ki, uşaqların maskalar ilə təminat bu barədə qərar veriləndən sonra edilə bilər.
“Maskaların taxılması müəllimlər üçün vacibdir. Müəllimlərin 38 faizi 50 yaşdan yuxarıdır. Müəllimlər üçün maskaların olması daha çox məcburidir. İbtidai siniflərdə oxuyan uşaqlar üçün isə bu tövsiyyəedici olacaq”.