Sentyabrın 15-dən ibtidai siniflərin tədrisi başlayır. Birincilərin məktəbli formasında gəlməsi planlaşdırılır.

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, burada dəyişikliyin olması gözlənilmir.

“Məktəbə qəbul zamanı istənilən “Sağlamlıq haqqında arayış” zəruri olan sənədlər sırasındadır. Cəmiyyətdə uşaqların müayinədən keçirərkən koronavirusa yoluxması ilə bağlı narahatlıq varsa, çalışarıq nəzərə alaq. Hər hansı dərəcədə dəyişikliyin olması üçün bu qiymətləndirilməlidir”.