“Xüsusi karantin rejimi sentyabrın 30-na qədər uzadılır. Buna görə sərhədlərlə bağlı məsələ də qüvvədə qalır”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Azərbaycanın quru sərhədlərinin bağlanması ilə bağlı qərar qüvvədə qalır”, - o əlavə edib.