Basketbolçu Kerem Tunçeri son vaxtlar gündəmə gələn şəxsi həyatı ilə bağlı iddialara cavab verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə yayılan gizli mesajlarından danışıb.

Kerem "Yayılanlar mənim köhnə mesajlarımdır. Aylar əvvələ, hətta bir il əvvələ aiddir. Amma heç mənim olmayan mesajlar da fotoşop edildi, adıma çıxıldı. Mənə aid olan mesajlarda əxlaqsız heç nə yox idi. Bekar bir kişi olaraq kiməsə yaza bilərəm. Amma bunların yayılması günahdır, qanunla cavab verilməlidir. Bu məsələni qanunla həll edəcəm" deyə, söyləyib.

Aktrisa Aslı Enverlə münasibəti buna görə bitən Tunçeri "Aslı xanımla dostlarımız vasitəsilə tanış olmuşduq, pandemiya ərəfəsində Bodrumda olduğum ərəfədə yazışmaya başladıq. Hər şeydən əvvəl dost olduq. Bu xəbər yayılan kimi belə bir məlumatlar yazıldı. Bu hadisənin içinə Aslının daxil edilməsinə üzüldüm" sözlərini əlavə edib.