Avqustun 31-dən UNEC-in təşkilatçılığı ilə distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə onlayn təlimlərə start verilir.
Unikal.org-a UNEC-dən verilən xəbərə görə, “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunan təlimlər sentyabrın 4-dək davam edəcək.
Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəyə malik olan Anadolu Universitetinin professorları tərəfindən keçiriləcək. Təlimçilərin təqdimatları dörd dildə (az, rus, ingilis, türk) tərcümə olunaraq iştirakçıların e-mail ünvanlarına göndəriləcək.
Təlimlər ödənişsizdir və UNEC məllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin müəllimləri də qeydiyyatdan keçərək iştirak edə bilər. Hazırda 1200-dək müəllim təlimdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Təlimlərdə məruzəçilər “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər”, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları”, “Distant təhsildə tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı)”, “Müasir metodlardan istifadə etməklə seminar məşğələlərinin təşkili və qiymətləndirmə üsulları” mövzularında çıxış edəcəklər.
5 günlük təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Distant təhsillə maraqlanan hər kəsi təlimlərdə iştirak etməyə dəvət olunur.
Təlimin proqramı