Ərəb inqilabları ilə bağlı şok iddia
10:51 14-12-2012
İQTİSADİYYAT
Ərəb inqilabları ilə bağlı şok iddia
Misirin, Liviyanın, İraqın və başqa üsyan ölkələrinin muzeyləri və kitabxanaları niyə od tutub yanır?
(əvvəli ötən sayımızda)
Daha bir gözlənilməz fikir də var: əgər yəhudilər və Yerusəlim Avropadadırsa, o zaman İsa da burada anadan olub. Məsihin doğulduğu yerlə bağlı versiyalardakı Qaliley kometasının adının çəkilməsi isə çox güman, Qalliya (çox hissəsi indiki Fransanın ərazisi) anlamını verir.
Həm də İsanın ardıcılları olan şəxslərin qəbirləri də Avropadadır. Məsələn, Pyotrun və Pavelin qəbirləri Vatikan yaxınlığındakı təpədə, Yakovunku İspaniyada, Maqdalinanınkı Marseldədir (Fransa). Göründüyü kimi, Məsihə yaxın adamların məzar yerlərinin də Yaxın Şərqlə bağlılığı yoxdur. Bir sual da yaranır ki, nəyə görə Bibliyanın ən qədim nüsxəsi yəhudi deyil, yunan və latın dillərindədir. Axı, yəhudi dilləri Avropada olub, ivrit isə meydana həmin sionistlərin dəstəyi ilə çıxıb.
Bütün bunları nəzərə alaraq təsəvvür edin ki, Vatikan hansı durumdadır. Əsrlər boyu insanlar onun göstərişi ilə İsanın olduğu yerin xilasına qalxıb (səlib yürüşləri nəzərdə tutulur). Amma məlum olur ki, həmin yer heç də Şərqdə deyil. Hətta xaçlıların azad etmək istədikləri Müqəddəs Yelena da ərəb səhralarında tab gətirə bilməzdi. Necə ki, səlib yürüşünə çıxanların əksəriyyəti tab gətirmədi. Göründüyü kimi, məsələ tam bir oyunu xatırladır. Onu da deyək ki, xaç yürüşləri sarasinlərin Avropanın müəyyən hissəsini əllərində saxladıqları vaxt baş vermişdi. Bu tayfanın mövcudluğu və əlində saxladığı ərazi Vatikanın nəyəsə görə narahat etmirdi. Görünür, papalara Yerusəlimin uzaq, yad, amma mənəvi baxımdan yaxın şəhər statusunda olması sərfəli idi. Təbii ki, plan sonradan gerçəkləşdirildi, ancaq ərəb dünyasının mərkəzində. Bunadəksə gələcəkdə Şərqin torpaqlarının işğalanın ideya mərkəzini saxlamaq üçün xristianlığın özündə təfriqələr yaradıldı. Dövrün siyasi proseslərinə nəzər salsaq, bu təfriqələrin aradan qaldırılması meyli vahid düşmənə qarşı birləşmək məfkurəsi üzərində quruldu. Yəni Avropa bir növ, düşünə bilmək üçün vaxt tapa bilmədi və qitədəki Yerusəlim unuduldu. Əsas diqqət "Şərqin kafirlərinə" yönəldildi. Nəhayət, inkvizisiyanın bilinməli olanları bilənləri aradan götürdüyündən sonrakı boşluğunun doldurulması zərurəti yarandı ki, məhz həmin dövrü indi intibah - rennesans mərhələsi adlandırırıq. Əlbəttə, biz intibaha böyük dövr kimi yanaşmağa öyrəşmişik, amma onun böyüklüyü heç də inkvizisiyanın tonqallarının çiyinləri üzərindən kənarda deyildi. Çünki həmin mərhələnin gözəl freskaları məhz kilsələlərdə çəkilirdi, ecaskar musiqisi insanları diri-diri tonqalda yandıran kilsənin xahişi ilə yazılırdı. Belə bir məqamda yeni elm də yaranırdı ki, o demək olar, sıfırdan, özü də Vatikanın xahişi ilə yazılırdı.
Bu dolaşıq labirintdə görülməyən bir iş var idi ki, o da başqa din və mədəniyyətlərdən olanlara yiyələnməydi. Mövcud vəzifənin yerinə yetirilməsi üçünsə Böyük Coğrafi
Kəşflər mərhələsi düşünüldü. Xristofor Kolumb okeanı üzüb keçdi və Vatikanın Amerikadakıların yaranışdan günahlı doğulduqları fitvası ilə milyonlarla insan soyqırıma məruz qoyuldu. Uşaqlar, qocalar və qadınlar məhvə məruz qaldı. İntibah da burada gücsüz oldu. Bu dövrün qadına hörmət mənasında meydana çıxan incəsənət dəyərləri okeanın o tayındakı qadın üçün keçərli sayılmadı.
Nə vaxtsa dünyanın vahid torpaqdan Pangeyadan ibarət olduğunu təsəvvürə gətirsək və nəzərə alsaq ki, başlanğıc matriarxatdan qurulub, uzun müddət gerilik içərisində olan Şərqdə əslində ictimai-siyasi formasiya tipinin uzun müddət saxlanılması fonunda, yəni istehsal münasibətlərindəki dəyişikliklərin çox ləng getdiyi bir dövrdə qadın amili öz varlığını qoruyub saxlayırdı. Ənənəvi xüsusiyyətlərdən biri də sonrakı tərəqqi dönəmində bu ənənənin saxlanılması olmuşdu və mədəniyyətlər də inkişafını məhz qadın sindromu ilə bağlı tapırdı. Mövcud mənada amazonkaların bütün dünyada yaşadıqlarını, məhz indiki Liviya ərazisində isə hələ Misirin yaranmasından da min il əvvəl olduqlarını söyləmək mümkündür. Müasir dövrə də baxaq, Qərbin, o cümlədən ABŞ-ın "ərəb baharı" ssenarisinə uyğun olaraq devrilən və qətlə yetirilən Müəmmar Qəzzafinin qadın taboru olub.
Göründüyü kimi, qadına dəyər var və həmin dəyər qadının dünyanın dərk etmək bacarığı ilə bağlıdır. Burada heç də məsələ qadının təhlil qabiliyyətinin yüksəkliyində deyil, hərçənd son araşdırmalar göstərir ki, qadın bu mənada kişidən daha yüksəkdə dayanır. Məsələ sadəcə intuisiyadadır. O intuisiyada ki, hər hansı hesablamasız, təhlilsiz, intellektual mühakiməsiz filansız sadəcə bilmək bacarığı üzərində köklənib. Məsələyə bir qədər də fəlsəfi yanaşsaq, inanclı qadınları məhv edən patriarxal kilsə və onunla müttəfiq olan patriarxal dövlətlər əslində solyarımkürəli insan tipi formalaşıblar və bu insan intuitiv düşünmə qabiliyyətindən məhrum olaraq Allahla da əlaqəsini itirir. Buna görə də xristian aləmində çox tez-tez belə bir sual ortaya çıxır: din xadimi olaraq kimi görürsünüz, qadını, yoxsa kişini? Sual birincinin xeyrinə cavablandırılır və iddia olunur ki, əgər insanı Allah yoluna gətirməkdən söhbət gedirsə, bunu qadın etməlidir. Çünki Tanrını intellektlə dərk etmək mümkünsüzdür.
İndi isə təsəvvür edin ki, Aralıq dənizi hövzəsində amazon mədəniyyətinin izləri var. O mədəniyyətin ki, müharibələrsiz filansız insanların azalma-artma səviyyəsini tənzimləyir. Həmin mədəniyyətə xas xüsusiyyət dövlətin öz vətəndaşına münasibətdə ana qayğısı göstərməsidir ki, həmin qayğı eyni zamanda Allahın düzgün dərkinə yol açır. Mövcud cəhətə diqqət yetirənlər bunu yəhudilərin və Yerusəlimin əsl tarixi kimi qələmə verirlər. Hərçənd belə bir mədəniyyətə sözün yaxşı mənasında hamı iddia edə bilər və hamının da ondan nə isə yaxşı şey götürməsi məqbuldur. Vaxtilə avropalıların üzərində indiki ABŞ-ın da qərarlaşdığı torpaqlarda matriarxat hökm sürürdü. O quruluş məhvə məruz qaldı. Harzırda isə ABŞ və Vatikan Yaxın Şərqdəki hərəkətləri ilə əslində eyni zamanda həmin quruluşun daşıdığı mədəniyyəti də yox edirlər. Nəticədə hər şeydən, hər cür zəruri müqəddəslikdən, dəyərlərdən uzaqlaşma meylləri yaranır.
Belə oluşumda isə əsrlərlə qərarlaşmış mədəniyyətdən, mənəvi baxımdan bir-birindən uzaq, deqredasiyaya uğramış yırtıcı insan obrazı formalaşır ki, ondan istənilən məqsədlər üçün desən, "yararlanmaq" mümkündür. Dünyadakı hazırkı proseslərə diqqət yetirdikdə, həmin "məqsədlər" əvvəllərdə olduğu qaçıb gizlənmirlər, ortada dolaşmaqdadırlar.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00