Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask planetin ən zəngin insanlarının siyahısının ilk beşliyindən çıxıb.

Unikal.org “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, iş adamı sutka ərzində 16,3 milyard dollar itirməklə reytinqin 6-cı pilləsinə düşüb.

Agentliyin məlumatına əsasən, Mask ona məxsus olan “Tesla” elektromobil şirkətinin səhmlərinin qiyməti kəskin düşdüyü üçün “kasıblayıb”. Belə ki, avtokonsernin səhmləri sentyabrın 8-də 21,1% düşərək 330,21 dollar olub.

Hazırda Maskın sərvətinin 82,2 milyard dollar təşkil etdiyi bildirilir.