Ordu da ölüm halları
15:51 15-12-2012
İQTİSADİYYAT
Ordu da ölüm halları
Arzu Rəhimov strukturu niyə formalaşdıra bilmir?
1993-cü il təvəllüdlü İsmayıl Ələkbər oğlu Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, İ. Novruzov bu ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
**
Azərbaycan Ordusunun hərbi xidmətə yeni başlayan əsgəri xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi hospitalda müalicə alan 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən dünyasını dəyişib.Mirzəliyev bu ilin oktyabrında Sabunçu rayonundan hərbi xidmətə çağırılıb.
**
Naxçıvandakı "N" saylı hərbi hissədə xidmət edən əsgər Bəyov Tayfur Hacıkərim oğlunun qeyri-döyüş şəraitində dünyasını dəyişib
**
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Röyal Rüstəm oğlu Ağayev xəstəlikdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, R. Ağayev 2010-cu ildə Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
**
Gəncədə yerləşən "N" saylı hərbi hissədə 18 yaşlı Ruslan Şəhriyar oğlu Kərimov da xəstəlikdən dünyasını dəyişib.
**
Nəticə:- Bu il ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda 75 nəfər itki verib.O nların 70 nəfəri yaralanıb (və ya xəsarət alıb). Bu dövr ərzində dünyalarını dəyişənlərin 15-i döyüş, 2-si mina, 1-i əməliyyat, 57-i qeyri-döyüş itkiləridir.
7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 11 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 68-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (70 nəfər) onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 13-ü erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 27-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 65 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.
**
Yəqin ki, yuxarıdakı statistik rəqəmlər kifayət qədər həyacan yaradan səbəblərdir və gəlin ölüm hallarının bu qədər artmasının səbəblərinə baxaq.
Yeni xidmətin
xidmətsizliyi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılarkən bir sıra ciddi nüansların həll olunacağı gözlənilirdi. İlk növbədə hesab edilirdi ki, Medafiə Nazirliyinin tabeçiliyində olan və MN-nə tabe olmaq istəməyən hərbi çağırış qrumundan bir düzən yaratmaq mümkün olacaq. Xatırladaq ki, Hərbi komissarlığa uzun illər general Əliağa Hüseynov rəhbərlik edirdi və onunla MN-i Səfər Əbiyev arasında ciddi problemlər yaşanırdı. Məhz bu problemləri nəzərə alaraq yeni qrumun təsis edilməsi qətiləşdi. Həmçinin bildirilirdi ki, bu sahə kifayət qədər korrupsiyalaşmış sahə olduğundan hər şeyi yenidən başlamaq lazımdır. Elə belə də oldu. Müdafiə Nazirliyi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə nəzarətini tamamı ilə itirdi. Bununla da yeni qrum fəaliyyətə başladı.
Arzu Rəhimovun
gözləmə mövqeyi
Gözlənilmədən bu cür mühüm posta isə Miqrasiya Xidmətinə rəhbərlik edən Arzu Rəhimov gətirildi. Bundan öncə sərhəd xidməti sahəsində çalışan Arzu Rəhimov bu sahə üçün yad adam idi. Yalnız bir müsbət keyfiyyəti var idi ki, adı heç vaxt rüşvət və korrupsiyada hallanmamışdı. Əksəriyyətdə məhz bu keyfiyyəti əsas götürdü. Beləliklə fəaliyyətə başlayan Arzu Rəhimov özünə yeni komanda yığmaqla yanaşı, həm də strukturu formalaşdırmalı idi. Amma ilk gündən aydın oldu ki, Arzu Rəhimova təyin olunan müavinlər ya işə çıxmır, yada bu sahəyə çox yad şəxslərdir. Nəticədə Arzu Rəhimov ciddi kadr qıtlığı ilə üz-üzə qaldı. Ən qəribəsi isə budur ki, yeni qrumun yaradılmasından aylarla vaxt keçsədə rayon idarələrində də durum acınacaqlı haldadır. Tək bunu demək kifayətdir ki, hələ də bir rayon hərbi komissarı öz postuna təyin edilməyib və əksəriyyət əvəzedici səlahiyyətindədir. Bütün bunları isə ona görə bir daha xatırladırıq ki, əsgər ölümünün artmasının səbəblərini dəqiqləşdirə bilək. Nəhayət ən mühüm başqa bir olaya diqqət ayıraq.
Həkim nəzarətsizliyi
Öncələr hərbi çağırış məntəqələrinin hər birində xüsusi tibbi komissiyalar olurdu və onların müdaxiləsindən sonra şübhəli əsgərlər xəstəxanalarda ətraflı müaiyyinəyə göndərilirdi. İndi isə bu sahədə də ciddi problemlər yaranıb. Xəstə əsgərin xəstəliyini müəyyənləşdirmək üçün nizamlı qaydaya demək olar ki, müəyyən halllarda əməl olunmur. Nəticədə isə xəstə əsgərlərin həqiqi hərbi xidmətə çağrılma halları artıb. Nəticədə isə bütün məsuliyyət idarənin rayon komissarlarının üzərinə düşür. Elə bu səbəbdən bir neçə komissar artıq həbsdədir, yerdə qalanlarının hər biri ilə bağlı isə hərbi prokurorluqda hansısa araşdırma işləri aparılır. Halbu ki, əsas problem strukturun mükəmməl olmamasıdır.
Müdafiə
Nazirliyindən təpki
Hadisələrin bu şəkildə inkişafı isə ilk növbədə müdafiə Nazirliyini qane etmir. Çünki ölüm halları baş verirsə, ilk hədəfə Müdafiə Nazirliyi olur. Görünür bu səbəbdən general Səfər Əbiyevin əmri ilə hərbi hissələrdə olan xəstə əsgərlərin aşkarlanması kompaniyasına start verilib . Buda məlumdur ki, son iki ay ərzində Müdafiə Nazirliyi ,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələrini məhkəməyə verib.
Bu arada başqa maraqlı bir olayında şahidi olduq. Ekspertlər bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsgər bölümündə də Müdafiə Nazirliyinin maraqlarına uyğun addımlar atmır. Bildirilir ki, Müdafiə Nazirliyinə adətən fiziki baxımdan ən zəif əsgərlər göndərilir. Əsas üstünlüyü isə nədənsə Sərhəd Xidmətinə verir. Buda Müdafiə Nazirliyini qıcıqlandıran amillərdəndir.
Müdafiə Nazirliyində ki,
problemlər
Əsgər ölümü ilə bağlı digər məsələ MN-in bəzi hərbi hissələrində ki, şəraitsizlikdir. Ekspertlərdə bildirir ki, istər qalma şəraiti, istər qidalanmada, istərsə də zabit-əsgər münasibətlərində ciddi problemlər hələ də qalır. Bir müddət öncə bunun əyyani şahidi olduq. Belə ki, Şəmkir korpusunda ciddi problemlər yaşandı və bir neçə əsgər əsgər yoldaşları tərəfindən qətlə yetirildi. Bundan sonra Şəmkir korpusunun rəhbərliyi dəyişdirildi və Rövşən Əkbərov kimi peşəkar korpusa göndərildi. Amma ekspertlər bildirir ki, problemin həlli bununla tamamlanmayacaq. Bunun üçün bir sıra ciddi addımlar həyata keçirilməlidir. Bunlar nədən ibarətdir?
1. Orduda "dedovşina" probleminin həll olunması
2. Orduya mülki nəzarətin tətbiqi
3. Tədricən peşəkar orduya keçid
4. Cəzalandırma metodunun yenidən işlənilməsi
5. Orduda psixoloji mərkəzlərin formalaşdırılması
Ekspertlər hesab edir ki, ilk növbədə bu problemlərin həllinə çalışmalı və bundan sonra hansısa nəticədən danışmaq olar.
Beləliklə çıxarılan nəticə budur ki, orduda ölüm faktlarının artmasının başlıca səbəblərindən biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hələ də formalaşmaması və bu sahədə ciddi dağınıqlıqların olmasıdır. Amma bu o demək deyil ki, düşmən ordusunda vəziyyət qaydasındadır. Apardığımız araşdırmalar sübut edir ki, Azərbaycan ordusundan fərqli olaraq Ermənistan ordusunda vəziyyət qat-qat ağırdır və ölüm halları bu orduda kifayət qədər böyükdür. Belə ki, Ermənistan ordusunda ölüm halları əsasən aşağıdakı səbəblərdən olur.
Özünəqəsd. Erməni mediasının yazdığına görə bu gün erməni ordusunda bu halın həddindən artıq çox baş verməsi "dedovşina" sisteminin ciddi şəkildə tətbiqidir. Elə buna görə Ermənistan ordusunda zorlanma hallarıda kifayət qədər artıb və bununla bağlı faktlar zaman-zaman səsləndirilib. Ermənistan ordusunda ölüm hallarının həm də çox artmasının başlıca səbəbi təminatsızlıqdır. Yenə erməni mediası yazır ki, bu problem Dağlıq Qarabağ bölgəsində daha çoxdur. Əsgərlərin qidalanması hətta 1993-cü ildə ki, durumla eyniləşdirilir. Bütün bu hallara görə də son iki il ərzində erməni gənclərinin əsgərlikdən yayınma halları, fərarilik bir neçə dəfə artıb.
Çox maraqlı başqa bir hal isə Ermənistan ordusunda regionçuluq faktorununda olmasıdır. Mütəxəssislər bildirir ki, bu gün Ermənistan ordusunda Dağlıq qarabağ erməniləri ilə, Ermənistan erməniləri arasında az qala bir sədd var. Belə ki, orduda zabitlərin böyük əksəriyyəti Dağlıq Qarabağ erməniləridir və onlar Ermənistan sakinləri olan əsgərlərə qarşı daha amansız olurlar.Dağlıq Qarabağ erməniləri isə adətən əsgərliyə çağırılanda elitar hissələrə göndərilir. Bununla bağlı dəfələrlə yerli sakinlərin aksiyaları olsada problem həllini tapmayıb. Çünki Ermənistan ordusunda ciddi bir korrupsiya sistemi yaradılıb və bunu dağıtmağa heç kəs həvəs göstərmir.
Amma Ermənistan ordusundakı durumu əsas gətirərək Azərbaycan ordusundakı bəzi neqativlərə də haqq qazandırmaq olmaz. Həm də ona görə ki, bizdə problemin əsl səbəbi ortadadır və bunu həll etmək o qədər də çətin deyil. Sadəcə olaraq ilk növbədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin formalaşması prosesini sona çatdırmaq lazımdır. Həm də bu formalaşma zamanı köhnə kadrlardan imtina edib, diletantları qabağa çəkmək prinsipindən imtina etmək şərti ilə.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34