Azad Rəhimovun biznesində bəd gəlişmə
13:24 18-12-2012
İQTİSADİYYAT
Azad Rəhimovun biznesində bəd gəlişmə
Nazirin dükanları məşhur brendlərin satışından imtina edir
Azərbaycanda geniş biznes şəbəkəsinə malik nazirlərin önündə gələnlərdən biri heç şübhəsiz, gənclər və idman naziri Azad Rəhimovdur. Geniş gəlir qaynaqlarına malik olan Rəhimovun son vaxtlar biznes sarıdan bəxtinin bir o qədər gətirmədiyi bildirilir.
Öncə onu qeyd edək ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda "İtaldizayn" şirkətini açıb.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Hazırda isə "İtaldizayn" şirkətinin Bakının ən mərkəzi ünvanlarında xeyli sayda mağazası var. Bəzi məlumatlara görə, bu qrupa əksəriyyəti şəhərin düz mərkəzində yerləşən 22 salon və butik daxildir: "İdea", "Creative System", iki "Villeroy & Boch" butik və salonu, "Bang & Olufsen", "Ambiance", dörd "Swarovski" butiki, "Royal Collection", "Royal Collection - Watches & Accessories", "Yves Delorme", "Baccarat - Bernardaud", "Museum", "Chopard", "Carpets Boutique", "Lladro", "Roberto Coin - de Grisogono"; iki "Eurodesign" və "Transeurocom" telekommunikasiya şirkəti; "İD Catering" keyterinq şirkəti və "Creacon" inşaat şirkəti.
Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir.
Bəs Azad Rəhimovun biznesində geriləmə olması nə ilə bağlıdır? Bu barədə səslənən iddialara görə, son vaxtlar gənclər və idman nazirinin biznes obyektləri müştəri sarıdan korluq çəkir, səbəb isə Rəhimovun məşhur xarici brendlərin məhsullarının satışına üstünlük verməsidir: "Həmin məhsullar olduqca bahalıdır, bu səbəbdən də son vaxtlar onların alıcılarının sayı kəskin azalıb".
Verilən məlumatlara görə, Azad Rəhimovun biznes imperiyasına "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s. məşhur brendlərin məhsullarının Azərbaycanda satışının təşkil edilməsi daxildir. Həmin məhsulların qiymətləri isə bizim reallıqda böyük çoxluq üçün fantastik görünür . Təkcə aksessuarlar və ofis ləvazimatlarının qiymətlərindəki fantastik bahalıq adamı heyrətə gətirir. Nazirin butiklərində ən bahalı qələmlər "Cartier" firmasına məxsusdur və qiyməti 400 manatdan başlayır. Rəhimovun şirkətinə məxsus mağazalarda köynək düymələrinin 500, İsveç istehsalı saatların 2 min, bel kəmərlərinin min manatdan alıcılara təqdim olunduğunu nəzərə alsaq, daha zəruri malların qiymətini təsəvvür etmək çətin deyil.
Hansı ki, həmin qiymətlərə münasib müştəri tapmaq Azərbaycan reallğında qəliz məsələdir və elə bu da gənclər və idman nazirinin gəlir qaynaqlarında alıcı böhranına, alıcı böhranı isə gəlir krizisinə gətirib çıxarıb.
Bəzi iddialara görə, bunları saf-çürük edən nazirin nəzarətindəki biznes qrupları sonda bir çox məşhur brendlərin məhsullarının satışından imtina etməyə hazırlaşırlar. Həmin dünyaca populyar xarici markalarla üzülüşməyin əvəzində isə ölkədə orta statistik müştərinin cibinə uyğun malların Azərbaycanda satışını həyata keçirmək daha məqsədəuyğun hesab olunur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00